Pavel Paşayev oynamadı, komandası yenə məğlub oldu

Ukrayna çempionatında 14-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" da növbəti matçına çıxıb.

Zaporojye klubu doğma meydanda "Aleksandriya" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı bu görüşün də 18-liyində yer almayıb.

Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right