“Real” ÇL-də ilkə imza atdı

“Real” UEFA Çempionlar Liqasında ardıcıl 22-ci dəfə 1/8 finala yüksələn ilk klub olub.

Newsport.az “Opta Sport”a istinadən xəbər verir ki, bu, yarışın pley-off mərhələsində İngiltərənin “Mançester Siti” klubu ilə oyunlardan sonra reallaşıb.

Madrid təmsilçisi sözügedən mərhələnin yarandığı 2003/2004 mövsümündən bəri bu göstəriciyə imza atan ilk komanda olub.

Pley-off mərhələsinin ilk matçında “Mançester Siti”ni 3:2 hesabı ilə məğlub edən “Real” cavab qarşılaşmasında da İngiltərə təmsilçisindən üstün olub – 3:1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right