"Tottenhem" 4 qolla qalib gəldi

İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem" də növbəti matçını keçirib.
 
London klubu doğma meydanda paytaxt derbisində "Vest Hem"lə qarşılaşıb. Matç Ağdam klubunun rəqibinin 4:1 hesablı qələbəsi ilə çatıb. Harri Keynin dubl edərək ardıcıl 4-cü oyunda fərqləndiyi matçda "hotspur” ardıcıl 12-ci məğlubiyyətsiz oyununu keçirib.
 
Qeyd edək ki, "Tottenhem" hazırda 24 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb və liderdən cəmi 4 xal geri qalır.
 
İngiltərə Premyer Liqası, 13-cü tur

 

"Tottenhem” – "Vest Hem” 4:1
Qollar
: Keyn, 23; 50. Alderveyreld, 33. Uoker, 83 // Lansini, 87.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right