Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri baş tutacaq.
Günün ən prinsipial görüşləri Kiprdə baş tutacaq. “Betis”in “Gent”lə görüşü formal xarakter daşıyırsa, “Panatinaikos” revanş etmək niyyətindədir. “Molde” də səfərdə “Şemrok Rovers”dən qisas almağa çalışacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab qarşılaşmaları
21:45. Haydenhaym (Almaniya) – Kopenhagen (Danimarka)
İlk oyun – 2:1
21:45. Pafos (Kipr) – Omoniya (Kipr)
İlk oyun – 1:1
21:45. Olimpiya (Sloveniya) – Borats (Bosniya və Herseqovina)
İlk oyun – 0:1
21:45. Betis (İspaniya) – Gent (Belçika)
İlk oyun – 3:0
00:00. Şemrok Rovers (İrlandiya) – Molde (Norveç)
İlk oyun – 1:0
00:00. Panatinaikos (Yunanıstan) – Vikinqur (İslandiya)
İlk oyun – 1:2
00:00. APOEL (Kipr) – Sele (Sloveniya)
İlk oyun – 2:2
00:00. Yagelloniya (Polşa) – TSK (Serbiya)
İlk oyun – 3:1
Qeyd edək ki, UEFA Konfrans Liqasının 1/8 finalının püşkatma mərasimi fevralın 21-də keçiriləcək.