Bu gün Avrop Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Newsport.az xəbər verir ki, 1/8 finala vəsiqə qazanacaq səkkiz komandanın adına aydınlıq gələcək.
Doğma meydanda "Anderlext üzərində 3:0 hesabıyla inamlı qələbə qazanan "Fənərbaxça" səfərdə mərhələ adalamaq üçün çətinlik çəkməyəcək.
"Qalatasaray" isə Niderland səfərindəki ilk oyunda 4:1 hesablı ağır məğlubiyyət alıb. İstanbul klubu evdə "AZ Alkmaar"ı mübarizədən kənarlaşdırmaq üçün 4 top fərqi ilə qələbə qazanmalıdır. 3 top fərqi isə oyunu əlavə vaxtda aparacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 6 martda keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunlar
20 fevral
21:45. "Roma" (İtaliya) – "Porto" (Portuqaliya)
21:45. "Bodo-Qlimt" (Norveç) – "Tvente" (Niderland)
21:45. FCSB (Rumıniya) – PAOK (Yunanıstan)
21:45. "Qalatasaray" (Türkiyə) – "AZ Alkmaar" (Niderland)
00:00. "Ayaks" (Niderland) – "Yunion" (Belçika)
00:00. "Anderlext" (Belçika) – "Fənərbaxça" (Türkiyə)
00:00. "Real Sosyedad" (İspaniya) – "Midtyulland" (Danimarka)
00:00. "Viktoriya" (Çexiya) – "Ferençvaroş" (Macarıstan)