ÇL: Karlo Ançelottidən unikal göstərici

"Real" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda doğma meydanda "Mançester Siti"ni 3:1 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında 123-cü qələbəsini qazanıb.

İtaliyalı mütəxəssisə bu sayda qələbə qazanmaq üçün 214 matç lazım olub. Bu, turnir tarixinin ən yaxşı göstəricidir. Ançelottinin Çempionlar Liqasında 47 heç-heçə və 44 məğlubiyyəti var.

Qeyd edək ki, 65 yaşlı mütəxəssis sözügedən turnirdə "Real"dan başqa, "Napoli", "Bavariya", PSJ, "Çelsi", "Milan", "Parma" və "Yuventus"la da qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right