"Tottenhem"in sabiq futbolçusu Qilfi Siqurdssonun yeni klubu bəlli olub.
Newsport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi İslandiyanın "Vikinqur" klubuna keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, son olaraq “Valur”da oynaayn İslandiya millisinin sabiq üzvü əvvəllər “Lünqbü”, “Everton”, “Suonsi”, “Ridinq”, “Hoffenhaym”, “Kru” və “Şrusberi Taun”da da çıxış edib.