"Milan" rəhbərliyi komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasına görə qəzəblənib.
Newsport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
İtaliya təmsilçisi pley-offun ilk oyunundə "Feyenoord"a uduzub (0:1), cavab görüşündə isə heç-heçə edib (1:1). Nəticədə "Milan" turnirlə vidalaşıb. Bu, klub rəhbərini qəzəbləndirib.
Xüsusilə də sol cinah müdafiəçisi Teo Hernandesin oyunu"Milan" rəsmilərini məyus edib. Teo cavab oyununda "Milan" 1:0 hesabı ilə öndə olarkən qırmızı vərəqə alıb. Daha sonra isə "Feyenoord" hesabı bərabərləşdirib.
Qeyd olunur ki, fransalı futbolçu bu səbəbdən cərimələnə bilər. Teo artıq klubda toxunulmaz deyil.