Dibala 75 milyonla razılaşır

“Roma”nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanına köçə bilər. Newsport.az xəbər verir ki,  “Əl-Kadisiya” klubu argentinalı forvardla maraqlanır.

Adıçəkilən komanda dünya çempionuna 3 illik müqavilə təklif edib. 31 yaşlı ön xətt oyunçusu keçidə razılıq versə, qazancı 75 milyon avro olacaq. Paulonun bu təklifi müsbət cavablandırması gözlənilir.

Qeyd edək ki, Dibala bu mövsüm A Seriyasında 21 oyun keçirib, 6 qol, 2 assitlə yadda qalıb. Onun “Roma” ilə müqaviləsi gələn ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right