Jiru ABŞ-da qarət olundu

ABŞ-ın "Los-Anceles" klubunun hücumçusu Olivye Jiru  qarət edilib.

Newsport.az "TMZ Sports"a istinadən xəbər verir ki, quldurlar fevralın əvvəlində 38 yaşlı futbolçunun evinə soxulublar.

Jiruya dəyən zərər 500 min dollar civarında qiymətləndirilir. Bir neçə qiymətli əşyanın, o cümlədən 10 ədəd saatın oğurlandığı bildirilir. Hələlik həmin şəxslərin kimliyi müəyyən olunmayıb. Polis məsələ ilə bağlı araşdırmaları davam etdirir.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 2024-cü ilin yayından MLS-də oynayır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right