Milli üzvü oynamadı, komandası qələbə qazandı

Almaniya Qərb Regional Liqasında 17-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu "Fortuna"nın 23 yaşadək futbolçulardan ibarət komandası da növbəti matçına çıxıb.

Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Şalke-2" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının düşərgəsindən zədəli qayıdan Erat komandasına bu oyunda kömək edə bilməyib.

Qeyd edək ki, Tuğrulun komandası hazırda 22 xalla 19 klub arasında 9-cu pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right