Zidan o klubda oynamadığı üçün təəssüflənir

Fransa millisinin və “Real”ın sabiq yarımmüdafiəçisi Zinəddin Zidan futbolçu olarkən “Marsel”də oynamadığına görə təəssüflənir.

Newsport.az-ın məlumatına görə, o, bu arzusunun heç vaxt gerçəkləşmədiyini deyib:

“Marsel”də oynamadım, baxmayaraq ki, belə bir arzum var idi. Ancaq heç vaxt gerçəkləşmədi. Onların doğma stadionuna baş çəkəndə və atmosferi hiss edəndə bunun nə qədər böyük bir klub olduğunu anladım”.

Zidan futbolçu karyerası ərzində “Kan”, “Bordo”, “Yuventus”, “Real” kimi klublarda çıxış edib. O, Fransa millisinin üzvü kimi 108 oyun keçirib və 31 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right