Sabiq "Qarabağ"lı bu kluba keçdi Foto

"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabinin yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, fransalı hücumçu Rumıniyada çıxış edəcək. O, "Politexnika Yaşi"yə keçib. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2023-2024-cü illərdə “Qarabağ”da oynayıb və 33 matçda 7 qol vurub.. O, Ağdam təmsilçisini tərk edəndən sonra “Bandırmaspor”a (Türkiyə) keçsə də, orada möhkəmlənə bilməmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right