Juninyo zədələndi

Braziliya Karioka Liqasında 9-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, lider “Flamenqo” öz meydanında “Botafoqo”nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Qolu 55-ci dəqiqədə V.Optis vurub.

“Qarabağ”ın sabiq hücumçusu Juninyo start heyətdə meydana çıxıb. Matçın 11-ci dəqiqəsində 28 yaşlı futbolçu yerə yıxılıb və əvəzlənməsini istəyib. Onun yerinə meydana Bruno Enrike çıxıb.

Juninyonun yekun durumu tibbi müayinədən sonra müəyyənləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right