"El Klasiko”da əzəli rəqibinə biabırçı hesabla (0:4) uduzan "Real”da vəziyyət gərgindir.
Newsport.az-ın məlumatına görə, bu yenilgi onsuz da münasibətləri yaxşı olmayan klubun əsas ulduzu Kriştiano Ronaldo ilə baş məşqçisi Rafael Benites arasındakı uçurumu daha da artırıb.
İspaniya KİV-inin yazdığına inansaq, bir müddət öncə prezident Florentino Peresə "Beniteslə heç nə qazanmayacağıq” deyən Ronaldo bu dəfə daha sərt çıxış edib. O, 12-ci turun derbi oyunundan sonra rəhbərliyə ultimatum verib: "Ya mən, ya Benites!”. Bunu da "Gazzetta dello Sport” FOX televiziyasına istinadən xəbər verib.
Qeyd edək ki, 113 illik "El Klasiko” tarixinə meydana ilk dəqiqələrdən 10 legionerlə çıxan ilk komanda kimi düşən "Real” (ispanlardan yalnız Ramos start heyətində idi – red.) hazırda lider "Barselona”dan 6 xal geri qalır.