"Feyenord"un müdafiəçisi "Yuventus"a keçə bilər

"Feyenord"un müdafiəçisi David Hançko karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, slovakiyalı futbolçu "Yuventus"un yay transfer pəncərəsi üçün əsas hədəflərindən biridir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

A Seriyası nəhəngi Hançkonu yeni mövsüm üçün heyətinə qatmağı planlaşdırır. 27 yaşlı mərkəz müdafiəçisinin transferinin 35 milyon avroya yekunlaşacağı bildirilir.

Qeyd edək ki, "Feyenord" David Hançkonu 2022-ci ilin avqust ayında Praqa "Sparta"sından transfer edib. Slovakiya millisinin üzvü bu mövsüm Rotterdam təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right