“Liverpul”un baş məşqçisi Arne Slot “Vulverhempton”un hücumçusu Mateus Kunyanın çıxışı haqda danışıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcının sözlərinə görə, braziliyalı forvard Premyer Liqanın top-5 klubunda uğurla oynamaq üçün lazım olan hər şeyə malikdir:
“O, keyfiyyətli oyunçudur və Premyer Liqanın ən yaxşı beş klubunda oynamaq üçün kifayət qədər bacarığı var”.
Kunya bu mövsüm bütün klub turnirlərində 25 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Vulverhempton”la hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. 25 yaşlı futbolçunun transfer dəyəri 50 milyon avrodur.
“Liverpul” fevralın 16-da, Premyer Liqanın 25-ci turu çərçivəsində doğma meydanda “Vulverhempton”u qəbul edəcək.