"Barselona"dan polşalı qapıçı ilə bağlı qərar

"Barselona" yayda klubla müqaviləsi başa çatan Voytsex Şensnıyla bağlı qərar verib.

Newsport.az xəbər verir ki, La Liqa nəhəngi polşalı qapıçını komandada saxlamaq istəyir. Bu barədə klubun idman direktoru Deko yerli mətbuata açıqlamasında məlumat verib.

"Barselona" 34 yaşlı qolkiperə 1 illik yeni müqavilə təklif edəcək.

Qeyd edək ki, Voytsex Şensnıy ötən ilin oktyabr ayından "Barselona"da çıxış edir. Təcrübəli "əlcək sahibi" Kataloniya təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right