"Arsenal" hücumameyilli yarımmüdafiəçisi Kay Havetsin durumu haqda rəsmi açıqlama yayıb.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu mövsümün sonuna qədər oynaya bilməyəcək..
Məşq zamanı zədələnən futbolçu tezliklə bud nahiyəsindən əməliyyat olunacaq.
Qeyd edək ki, Haverts bu mövsüm 21 matçda 9 qol vuraraq "topçular"ın Premyer Liqada bombardiridir.