Neymar yenə klubunu dəyişmək istəyir

Qış transfer pəncərəsində "Əl-Hilal"dan ayrılaraq "Santos"a keçən Neymar yenə klubunu dəyişmək istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "Candena Ser" məlumat yayıb. 

33 yaşlı hücumçunun "Santos"la müqaviləsi cari mövsümün sonuna qədərdir. O, Braziliya klubu ilə yeni müqavilə imzalamağı düşünmür.  

Neymar Avropaya qayıtmaq və yenidən dünyanın ən yaxşı liqalarında oynamaq istəyir. Bütün mümkün təkliflər arasında Neymarın tərəddüd etmədən qəbul edəcəyi bir təklif var - "Barselona".

Braziliyalı forvard peşəkar karyerasına yenidən başlamaq üçün “Santos”a keçib. Burada o, yenidən öz formasını bərpa etməyə çalışacaq. 

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə də Kataloniya klubunun formasını geyinib





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right