“Beşiktaş”ın ulduzu Rusiya klubuna keçir

Rusiyanın “Spartak” klubu “Beşiktaş”ın yarımmüdafiəçisi Jedson Fernandeşə illik 2,5 – 2,7 milyon avro maaşı olan müqavilə təklif edib. Bu barədə “metaratings.ru” portalı məlumay yayıb.

Mənbənin sözlərinə görə, bu məbləğdən əlavə, “qırmızı-ağlar” futbolçuya əlavə bonuslar da ödəməyə hazırdır. Transfer baş tutarsa, Fernandeş Moskva klubunda ən yüksək maaş alan futbolçulardan birinə çevrilə bilər.

Fevralın 11-də Rusiyanın tanınmış qəzeti də portuqaliyalı yarımmüdafiəçinin “qırmızı-ağlar”la müqavilə imzalamağa yaxın olduğunu bildirib.

Fernandeş 2022-ci ildən “Beşiktaş”da çıxış edir. Bu mövsüm 26 yaşlı yarımmüdafiəçi 33 matçda 8 qol vurub, 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 17 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right