Verratti Avropaya qayıdır?

İtaliya millisinin futbolçusu Marko Verratti Avropaya qayıtmağa hazırlaşır. Newsport.az xəbər verir ki, Qətərin “Əl-Arabi” klubunda çıxış edən yarımmüdafiəçinin İngiltərədən 3 variantı çıxıb.

Belə ki, Premyer Liqa təmsilçiləri “Fulhem”, “Vest Hem” və “Bornmut” 32 yaşlı orta sahə oyunçusu uğrunda mübarizəyə qoşulublar. 2023-cü ilin sentyabrından “Əl-Arabi”də çıxış edən Verratti bu müddət ərzində bütün turnirlərdə 35 oyuna çıxıb, 4 qol, 12 assistlə yadda qalıb.

Qeyd edək ki, Marko Verrattinin Qətər komandası ilə hazırkı müqaviləsi yaya qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right