Nesta qovulduğu kluba qayıtdı

İtaliya millisinin heyətində dünya çempionu olan Alessandro Nesta 7 həftə əvvəl qovulduğu A Seriyası təmsilçisi “Montsa”nın baş məşqçisi vəzifəsinə qayıdıb.

Newsport.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

38 yaşlı mütəxəssis bu postdan ayrılan Salvatore Bokkettini əvəzləyib.

Nesta dekabrın 23-də vəzifəsindən kənarlaşdırılmışdı. Komanda onun baş məşqçi olduğu dönəmdə 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə uduzub.

“Montsa” 16 xalla A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right