“Barselona”nın hücumçusu Robert Levandovski Lionel Messinin bir mövsümün ilk 22 oyununda qol vurma rekordunu təkrarlayıb.
Newsport.az xəbər verir ki, polşalı futbolçunun qol vurduğu “Sevilya” ilə matçdan sonra aktivində 22 oyunda 19 qol var.
Messi 2019/20 mövsümündə eyni rəqəmə sahib idi.
Levandovski ümumilikdə bu mövsüm bütün klub yarışlarında 33 matçda 31 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.