İkardi "Qalatasaray"dan ayrıla bilər

"Qalatasaray"ın hücumçusu Mauro İkardi komandadan ayrıla bilər.

Newsport.az xəbər verir ki, ulduz futbolçu mövsümün sonunda İstanbul nəhəngini tərk etmək ehtimalını dəyərləndirir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Avropada İkardinin xidmətində maraqlı olan klublar var. "Fiorentina", "Atalanta", "Real Sosyedad", "Jirona" və "Vilyarreal" argentinalı forvardı heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. 31 yaşlı hücumçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu uzun müddətdir zədəlidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right