“Feyenoord” Qonsalo Borgesi almaq istəyir. Niderland klubu bu səbəbdən “Portu”ya 7 milyon avroluq təklif göndərib.
Newsport.az xəbər verir ki, Portuqaliya nəhəngi 23 yaşlı yetirməsi üçün “Strasbur” və “Cenoa”dan da təklif alıb. Lakin ən ciddi şərtləri məhz rotterdamlılar təqdim edib. Bu səbəbdən danışıqların müsbət nəticələnmə ehtimalı var.
Bir neçə aparıcı oyunçusunu itirən, ən son olaraq Santyaqo Ximenesi “Milan”a satan “Feyenoord” tezliklə boşluqları doldurmaq istəyir.