Almaniya II Bundesliqasında XV tura start verilib.
Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue” növbəti oyununa çıxıb.
"Göy-ağlar” səfərdə "Sandhauzen"in qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov meydandan qovulmaqla yadda qalıb. O, əvvəlcə 72-ci dəqiqədə ilk "sarı”sını alıb, 90+2-ci dəqiqədə isə ikinci sarı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, "Karlsrue” 19 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.