"Real" kubok matçına itki ilə çıxacaq

"Real"ın hücumçusu Kilian Mbappe İspaniya kubokunun 1/4 final mərhələsinin “Leqanes”lə fevralın 5-də keçiriləcək oyununda iştirak edə bilməyəcək.

Newsport.az-ın məlumatına görə, buna səbəb fransızın baldır əzələsi nahiyyəsindən zədələnməsidir.

"Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti məlumat məsələ haqda bu cür danışıb:

"Mbappeyə sağalmaq üçün bir gün vaxt verdik. Dünən normal məşq etdi. Ancaq onun hematoması var. “Leqanes”lə görüşdə oynamayacaq”.

Qeyd edək ki, “Leqnaes” – “Real” görüşü sabah keçiriləcək və oyuna Bakı vaxtı ilə 00:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right