Alaba yenə zədələndi

"Real"ın futbolçusu David Alaba yenidən sıradan çıxıb.

Newsport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, avstriyalı müdafiəçinin bud əzələsində zədə aşkarlanıb.

32 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, D.Alaba 2023-cü il dekabrın 18-də çarpaz bağlarından zədə almışdı. O, bu səbəbdən bir ildən uzun müddət meydana çıxa bilməyib. Alaba ötən ay yenidən meydana qayıtmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right