"Yuventus"u La Liqa klubuna dəyişdi

İspaniyanın "Jirona" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, La liqa təmsilçisi "Yuventus"da Artur Melonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliya millisinin sabiq üzvü mövsümün ikinci yarısını "Jirona"nın heyətində keçirəcək.

Qeyd edək ki, "Yuventus" Artur Melonu 2020-ci ilin sentyabr ayında "Barselona"dan transfer edib. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm Turin təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right