“Lans”ın müdafiəçisi “Yuventus”a keçməyə razıdır

“Lans”ın müdafiəçisi Kevin Danso karyerasını “Yuventus”da davam etdirməyə hazırdır.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, A Seriyasının top-klubu avstriyalı futbolçunun 6 aylıq icarəsi üçün təxminən 3-4 milyon avro təklif edir.

26 yaşlı oyunçu artıq transferə icazə verib, ancaq Fransa klubu hələ ki, müqaviləni təsdiq etməyib. Danışıqlar davam edir. Onunla İngiltərə Premyer Liqasının təmsilçiləri də maraqlanır.

Danso ötən ilin avqustunda “Roma”ya keçməli idi, ancaq tibbi müayinədən keçə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right