Kosta Rika çempionatının ikinci divizionunda unikal, eyni zamanda kuryoz hadisə baş verib.
Newsport.az-ın məlumatına görə, "Munisipial Koto Brus" - "Barrio Mexiko" matçında baş hakimi futbolçu, məşqçi və ya texniki işçini yox, jurnalisti qovub.
Cimmi Torres adlı hakim qərarlarını tənqid edən televiziya şərhçisini köməkçisinin məlumat verməsindən sonra stadiondan kənarlaşdırıb. "STV 4" kanalında şərhçilik edən Henri de Xesus adlı həmkarımız bu qərara inanmayıb və hakimə təəccüblə "məni qovursan" deyə sual verib.
Jurnalist daha sonra açıqlamasında buları deyib: "İdarəçilik utancverici idi. Çoх gülünc durumdu. Hakim söz azadlığını boğmaqdan başqa bir iş görmədi".