Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov zədəsini sağaldıb.
Newsport.az-ın məlumatına görə, "Karlsrue" klubunun üzvü artıq komandanın məşqlərinə qoşulub.
Zədə səbəbindən millimizin Moldova ilə yoldaşlıq görüşündə iştirak etməyən Nazarovun II Bundesliqada "Zandhauzen"lə baş tutacaq oyunda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, "Zandhauzen" - "Karlsrue" matçı bu gün, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.