"Barselona" İspaniya millisinin üzvü ilə müqavilə imzaladı

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az xəbər verir ki, La Liqa nəhəngi Pedrinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin üzvü 2030-cu ilin yayına kimi Kataloniya təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, "Barselona" Pedrini 2019-cu ilin sentyabr ayında "Las Palmas"dan transfer edib. 22 yaşlı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right