“Bayer”in “Əl-Nəsr”ə satmağa razılıq verdiyi Viktor Fonifeysin transferi baş tutmaya bilər. Buna Səudiyyə Ərəbistanı klubunun başqa hücumçunun keçidini razılaşdırması səbəb olub.
Newsport.az xəbər verir ki, Bonifeys tibbi müayinədən keçmiş, şəxsi müqavilənin şərtlərini razılaşdırmışdı. Leverkuzenlilər də transferə görə 46 milyon avro alacaqdı.
Amma ərəblər son anda fikrini dəyişərək Con Duranın keçidinə köklənib. “Aston Villa” hücumçusunu 77 milyon avro qarşılığında Səudiyyə Ərəbistanına göndərməyə razılaşıb. Kolumbiyalının keçidi tezliklə açıqlanacaq.