"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş Qətərdə oynayacaq.
Newsport.az-ın məlumatına görə, mərakeşli yarımmüdafiəçiyə bu ölkənin "Əd-Duhail" klubundan rəsmi təklif gəlib.
31 yaşlı futbolçu artıq təkliflə razılaşıb. "Əl-Duhail" "Qalatasaray"ı razı salarsa, onunla rəsmi müqavilə imzalanacaq.
Ziyeş bu mövsüm 11 oyunda 1 asist edib. Onun Türkiyə çempionu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.