"Milan" "Feyenoord"un hücumçusu Santyaqo Ximenesi heyətinə qatmağı planlaşdırır.
Newsport.az-ın məlumatına görə, "rossonyerlər" meksikalı forvardın keçidini bu qış reallaşdırmaq istəyir.
Amma tərəflər arasında maliyyə məsələlərində razılıq əldə edilməyib. Niderland təmsilçisi 23 yaşlı hücumçu üçün daha yüksək təzminat tələb edir.
Ximenes bu mövsüm bütün turnirlərdə 18 oyunda 15 qol vurub və 3 asistlə oynayıb.