“Lion” rəhbərliyi komandanın baş məşqçisi Pyer Sajı istefaya göndərib. Newsport.az xəbər verir ki, rəhbərlik uğursuz nəticələrə görə bu qərarı qəbul edib.
Fransızlar vakant posta Paulo Fonsekanı gətirmək niyyətindədi. “Milan”ın sabiq çalışdırıcısı ilə danışıqlara start verilib.
Qeyd edək ki, Pyer Saj 2023-cü ildən “Lion”u çalışdırırdı.