"Qarabağ"ın rəqibinin prezidentini həbs etdilər

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako"nun prezidenti Dmitri Rıbolovlev həbs edilib.

Newsport.az-ın məlumatına görə, rusiyalı biznemsen vəkili ilə birgə müvəqqəti nəzarət altına alınıb.
 
Buna səbəb ona qarşı şəxsi həyata müdaxilə üzrə araşdırma aparılmasıdır. Belə ki, ilin əvvəlində oliqarx art-diler İv Buvyeni məhkəməyə verərək onu bir neçə milyon avro mənimsəməkdə ittiham etmişdi. İsveçrəli sahibkar isə öz növbəsində, qarşılıqlı iddia irəli sürərək rusiyalı maqanatı şəxsi həyatına müdaxilədə və nüfuzuna xələl gətirəcək yalan məlumatlar yaymaqda suçlamışdı. 
 
Qeyd edək ki, "Monako"nun prezidenti verdiyi şərhdə bu iddiaları yalanlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right