"Heyətə kimi seçəcəyimi həyat yoldaşımdan soruşuram"

PSJ-nin baş məşqçisi Luis Enrike maraqlı açıqlaması ilə gündəmə gəlib.

Newsport.az xəbər verir ki, o, start heyət seçimlərindən danışarkən zarafat edib:

Enrike "Komandada bu qədər keyfiyyətli futbolçular, xüsusən də cinah oyunçuları varkən start heyəti seçmək çətin olmur? sualına belə cavab verib:

"Heyəti seçərkən həyat yoldaşımdan soruşuram. O, futbolu məndən daha yaxşı bilir (gülür)".

Qeyd edək ki, PSJ hazırda Fransa çempionatının turnir cədvəlinə 47 xalla liderdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right