Bellingem Almaniyaya köçür?

“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem Dortmund “Borussiya”sının maraq dairəsinə düşüb. Newsport.az xəbər verir ki, gənc futbolçu qardaşının yolu ilə getmək variantını nəzərdən keçirir.

Onun böyük qardaşı Cud Bellingem 2020-2023-cü illərdə “Borussiya”nın formasını geyinib. Almanlar indi də 19 yaşlı Cobla danışıq aparırlar. Dortmundluların skautları hətta “Sanderlend”in son matçını da tribunadan izləyiblər.

Qeyd edək ki, Cob Bellingem 2023-cü ildən “Sanderlend”in şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right