"Mançester Yunayted"in futbolçusu rəsmən "Betis"də

"Mançester Yunayted"in futbolçusu Antoni "Betis"ə transfer olunub. 

Newsport.az-ın məlumatına görə, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 

24 yaşlı vinger La Liqa təmsilçisinə icarə əsasında keçib. Tərəflər müqavilə satın alma bəndini daxil etməyiblər. İcarənin müddəti mövsümün sonuna qədərdir. 

Qeyd edək ki, Antoni 2022-ci ilin yayında “Ayaks”dan “Mançester Yunayted”ə keçib. O, bu müddət ərzində 95 oyuna çıxıb, 12 qol vurub və 5 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right