Xorxe Karraskal Türkiyə Super Liqasına keçə bilər.
Newsport.az-ın məlumatına görə, “Trabzonspor” kolumbiyalı yarımmüdafiəçi ilə maraqlanır.
Rusiya çempionatında çıxış edən Karraskal Moskva “Dinamo”sunun sıralarına 2023-cü ilin yayında ÇSKA-dan qoşulub. O, cari mövsümün ilk hissəsində 21 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.