"Napoli" "Borussiya"nın futbolçusunu transfer edəcək

"Borussiya" əsas futbolçularından birini itirə bilər. 

Newsport.az xəbər verir ki, Dortmund təmsilçisinin aparıcı üzvlərindən olan Karim Adeyemi "Napoli"yə keçməyə hazırlaşır. 

Neapol təmsilçisi Xviça Kvaratsxeliyanın ayrılığından sonra həmin mövqeni Adeyemi ilə gücləndirmək istəyir.

"Napoli" bu transferə görə qarşı tərəfə 40 milyon avro ödəməlidir.

Qeyd edək ki, bu mövsüm Adeyemi bütün yarışlarda 13 matça çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right