Azərbaycan yığmasında oynamış müdafiəçi Asiya klubunda

Daha bir azərbaycanlı futbolçu Qırğızıstanda oynayacaq.

Newsport.az saytına verilən məlumata görə, U-21 yığmamızın sabiq və “Dnepr”in sabiq üzvü Dmitri Nağıyev Qırğızıstana yollanıb.

O, bu ölkənin iddialılarından olan “Muras Yunayted”lə müqavilə imzalayıb.

Dmitri "Qarabağ Vyana", "Dnepr", "Sumqayıt", "Ştumbars", "Dinamo-Avto", "İnqulets", "Obolon", "Minay" komandalarında oynayıb.

Qeyd edək ki, iki gün öncə "Zirə"və "Şamaxı"nın sabiq üzvü Ramin Əhmədov da Qırğızıstan klubu ilə anlaşmışdı. O, bu ölkənin "Alay" klubuna keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right