"Fənərbaxça" futbolçusunu "Hall Siti"yə göndərdi

"Fənərbaxça"nın futbolçusu Linkoln Enrike karyerasını İngiltərədə davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Hall Siti" braziliyalı hücumameyilli yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçiu mövsümün ikinci yarısını Çempionşip təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Linkoln Enrikeni 2022-ci ilin yayında Portuqaliyanın "Santa Klara" klubundan transfer edib. "Sambaçı" ötən il icarə əsasında ölkəsində "Braqantino"nun formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right