Futbol tarixində ilk: 1 milyard avrodan çox gəlir

“Real”ın ötən mövsüm üçün maliyyə hesabatı açıqlanıb. Newsport.az xəbər verir ki, İspaniya klubu fantastik gəlirlə diqqət çəkib.

Ötən mövsüm La Liqa və Çempionlar Liqasının qalibi olan madridlilər 1 milyard 400 min avro gəlir əldə edib. Bununla “Real” 1 milyard avroluq gəlir həddini aşan ilk futbol klubu olub.

“Mançester Siti” 837 milyon avro ilə ikinci, PSJ isə 805 milyon avro ilə üçüncü yerdə qərarlaşıb.

Yayım hüququndan qazanılan gəlir baxımından isə zirvədə “Mançester Siti” yer alır - 343.1 milyon avro.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right