"Porto" baş məşqçisi ilə yollarını ayırdı

"Porto" baş məşqçisi Vitor Bruno ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Komanda uğursuz nəticələr göstərdiyi üçün klub 42 yaşlı portuqaliyalının müqaviləsinə xitam verib.

Portuqaliya nəhəngi müvəqqəti olaraq Xose Tavaresə tapşırılıb.

Qeyd edək ki, Vitor Bruno ötən ilin yayında "Porto"ya baş məşqçi təyin edilmişdi.

18 turdan sonra "Porto" Portuqaliya çempionatında 40 xalla 3-cü pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right