İngiltərənin "Mançester Siti" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi "Lans"dan Abdukodir Xusanovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Mançester Siti" özbək müdafiəçi üçün Fransa klubuna 40+10 milyon avro təzminat ödəyəcək. 20 yaşlı mərkəz müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Lans" Abdukodir Xusanovu 2023-cü ilin yayında Belarusun "Energetik-BQU" klubundan 100 min avroya transfer etmişdi. Özbəkistan millisinin üzvü olan gənc futbolçu bu mövsüm Fransa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.