"Liverpul"un qapıçısı komandanı tərk etməyi planlaşdırır

İrlandiya millisinin qapıçısı Kuimhin Kelleher “Liverpul"dan ayrılmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, irlandiyalı daha çox oyun vaxtı əldə etmək istəyir. “Liverpul”da isə buna zəmanət verilmir.

Çünki Alisson komandada qalacaq. “Valensiya”dan isə Giorgi Mamardaşvili transfer edilib. Kelleherin Premyer Liqanın başqa klubuna keçə biləcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right